Fevralın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul etmişdir.
Qonağı səmimi salamlayan SOCAR prezidenti iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırmış, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layhələrində iştirakının, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələrinin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Görüşdə Avropanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən enerji layihələrində Türkiyənin tranzit ölkə kimi rolu, xüsusilə TANAP layihəsinin icrasının bu baxımdan əhəmiyyəti qeyd edilmişdir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub