Ukrayna bu ilin yanvar ayında Azərbaycandan 13 milyon 843 min dollar dəyərində xam neft idxal edib.
AZƏRTAC “Interfax-Ukraine”yə istinadla xəbər verir ki, ölkə yanvar ayında ümumilikdə isə 24 milyon 488 min dollar dəyərində 53,99 min ton neft idxal edib. Yanvarda Azərbaycandan həyata keçirilən neft idxalı Ukraynanın ümumi idxalının 56,5 faizini təşkil edib.
Ukrayna keçən ay Qazaxıstandan 9,516 milyon dollar, Rumıniyadan 656 min dollar, digər ölkələrdən isə 474 min dollar dəyərində neft alıb.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub