Fransanın “Total” neft-qaz şirkətinin xalis mənfəəti ötən il 2015-ci illə müqayisədə 21 faiz azalaraq 8,3 milyard dollar olub.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, keçən ilin son rübündə “Total”ın xalis mənfəəti 2015-ci ilin eyni dövrünə nisbətdə 16 faiz artaraq 2,4 milyard dollar təşkil edib.
“Total”ın xalis sərmayəsi isə ötən il 17,7 milyard dollara enib. 2015-ci ildə bu rəqəm 20,3 milyard dollar olub.
Keçən il şirkətin əməliyyat gəliri 9,4 milyard dollar olmaqla 2015-ci illə müqayisədə 17 faiz azalıb. 2016-cı ilin son rübündə isə “Total”ın əməliyyat gəliri 2015-ci ilin eyni rübünə nisbətdə 2,7 milyard dollar artıb.
Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total”ın əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” ötən il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub