ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EİA) rəsmi internet səhifəsindən yayılan raportda 2017-ci ilə dair neftin qiymətlərinin ortalama artım təxminləri açıqlanıb. EİA-nın fevral ayına olan proqnozlarına söykənən “Qısamüddətli enerji mənzərəsi” raportunda bütün dünyada neft və neft məhsullarının istehlakında artımın daha sürətli olmasının proqnozlaşdırıldığı bildirilib. Bu səbəbdən qurum öz raportunda 2017-ci il üçün “qara qızıl” bazarında qiymətləndirmə proqnozlarının yüksək olduğunu vurğulayıb.
“Texas” neftinin (WTI) 1barelinin 2017-ci il üçün illik ortalama qiymətinin 54 dollar, “Brent” markalı nefin isə 1 barelinin 55 dollar səviyyəsində olacağı proqnozlaşdırılan hesabatın təxmini gözləntiləri qurumun ötən ayın eyni dövrünə olan raportundan daha üstündür. Belə ki, EİA bu ilin yanvar ayında yaydığı “Qısamüddətli enerji mənzərəsi” raportunda 2017-ci il üçün “WTI” markalı “qara qızılın” 1 barelinin illik ortalama qiymətini 52,50 dollar, “Brent” markalı “qara qızılın” 1 barelinin illik ortalama qiymətini isə 53,50 dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı. Həmçinin qurumun yanvar ayına olan proqnozlarında 2018-ci il üçün “WTI” markalı neftin 1 barelinin illik ortalama qiyməti 55,18 dollar, “Brent” markalı neftin 1 barelinin illik ortalama qiyməti 56,18 dollar səviyyəsində qiymətləndirilmişdi.
ABŞ-ın 2017-ci ilə dair neft hasilatı məsələsinə də toxunulan və bu ilin fevral ayına aid olan hesabatda ötən ayın eyni dövrününün hesabatı arasında heç bir fərq yoxdur. Belə ki, “Qısamüddətli enerji mənzərəsi” raportunun proqnozlarına görə, 2017-ci ildə ABŞ-ın xam neft hasilatı proqnozları yanvar ayında olduğu kimi, fevral raportunda da 9 milyon barel səviyyəsində sabit qalacaq. 2017-ci ildən fərqli olaraq 2018-ci il üçün ölkənin gündəlik ortalama neft hasilatı təxminlərində bir qədər artım müşahidə olunub. Ötən ayın proqnozlarına görə, 2018-ci ildə ABŞ-da gündəlik ortalama 9,3 milyon barel xam neft istehsalı proqnozlaşdırılsa da, fevral ayına olan statistik göstəricilərdə bu rəqəm 9,5 milyon barel səviyyəsinə yüksəlib.
Həmidağa Məcidov, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub