10 fevral 2017 19:32
369

BEA: OPEC sazişə rekord səviyyədə əməl edib

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə rekord səviyyədə əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, OPEC neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə 90 faiz əməl edib. Belə ki, yanvarda OPEC-in hasilatı gündəlik 32,1 milyon/barrel olub.

Səudiyyə Ərəbistanı yanvar ayında neft hasilatını azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyə 116 faiz əməl edib.

Qeyd edək ki, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.