“Azneft” İB-də “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” üzrə seminar keçirilmişdir
“Azneft” İstehsalat Birliyində struktur bölmələrinin rəhbərləri, aparıcı mütəxəssisləri, eləcə də əməyin mühafizəsi xidmətinin məsul işçilərinin iştirakı ilə “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” mövzusunda növbəti seminar keçirilmişdir.Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinə daim diqqət yetirildiyini bildirmiş, sağlam əmək şəraitinin yaradılması, təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə neftçilər üçün aparılan maarifləndirmə tədbirlərindən danışmışdır.
Bildirilmişdir ki, sistemin tətbiqi işçilər arasında əməyin təhlükəsizliyinə diqqətin daha da artmasına əlavə stimul vermişdir. Gələcəkdə sistemin daha da təkmilləşdirilməsi üçün bu sahəyə diqqətin artırılmasının önəmi qeyd olunmuşdur. Vurğulanmışdır ki, “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi”nin təhlili nəticəsindən asılı olaraq fəal işçilərin Birlik tərəfindən mükafatlandırılacağı bildirilmişdir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub