Ətraf Mühitin Mühafizəsi Agentliyinin verdiyi xəbərə görə, Sinqapurun şərqindəki Pulau Ubin adasında yerləşən Changi və Noordin çimərliyində neft sızmasının qarşısını almaq məqsədilə əməliyyatlara başlanılıb.
“İki sahil” straitstimes.com saytına istinadən xəbər verir ki , sızmanın qarşısını almaq məqsədi ilə 200 nəfər işçi sözügedən əraziyə cəlb olunub. Sızma cümə günü Johor adasından başlayaraq hər iki çimərlik boyu yayılıb. Əhalinin verdiyi məlumata görə, Changi çimərliyinin müəyyən hissəsində təmizləmə işləri həyata keçirilsə də, əməliyyatlar hələ tamamlanmayıb.
Qeyd edək ki sızmaya səbəb neftdaşıyan gəmidə baş verən problemlə əlaqələndirilir və sızma nəticəsində 300 ton neft ətrafa yayılaraq itkiyə gedib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub