14 fevral 2017 16:58
276

Neft Daşları yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.Quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1145-1140 metr intervaldan sutkalıq 12 ton neft və 1600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.