Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 52,85 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar azalaraq 55,65 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 57,42 dollar təşkil edib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub