Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
Fevralın 15-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Otuzikilər”, “Qaracalar”, “Saatlı”, “Axundov”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub