17 mart 2017 23:09
7857

Sumqayıt Şəhər Onkoloji Xəstəxanası əsaslı təmir olunub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Onkoloji Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Zakir Fərəcov  bildirib ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu istiqamətdə Sumqayıtda da mühüm işlər görülüb. Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına və mövcud problemlərin köklü həllinə yönəlib.

Sonra xəstəxana ilə tanışlıq olub. Məlumat verilib ki, binadakı otaqlar, binanın fasadı və həyətyanı sahəsi əsaslı surətdə yenidən qurulub. 50 çarpayılıq tibb ocağı   ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Cərrahiyyə  otaqları yüksək keyfiyyətli avadanlıqla, narkoz aparatları ilə təchiz olunub. Tibb ocağıının 700 kvadratmetr  həyətyanı sahəsi  abadlaşdırılıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

Orxan Vahidoğlu, “İki sahil”