11 may 2017 17:34
329

Xam neft Azərbaycanın ümumi ixracının 76,26, təbii qaz isə 8,05 faizini təşkil edib

Cari ilin ilk dörd ayında xam neft ixracı Azərbaycanın ümumi ixracının 76,26 faizini, təbii qaz 8,05 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,46 faizini təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumatda deyilir.