11 may 2017 21:41
252

OPEC: Keçən ay qlobal neft hasilatı azalıb

Apreldə qlobal neft təklifi gündəlik orta hesabla 410 min barrel azalaraq 95,81 milyon barrel olub. Aylıq istehsalın aşağı düşməsinə baxmayaraq, qlobal neft təklifi illik göstəricidə gündəlik 831 min barrel artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Qeyd edilir ki, bu il qlobal neft tələbatının sutkalıq 1,27 milyon barrel artaraq 96,38 milyon ətrafında olacağı proqnozlaşdırılır.

Qeyri-OPEC ölkələrinin neft təklifinin isə bu il orta hesabla 950 min barrel artaraq 58,3 milyon barrel olacağı nəzərdə tutulur.