ABŞ-da aktiv neft quyularının sayı 712-yə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 9 ədəd artaraq 712-yə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 17 həftədir ki, artır.
Yanvarda 522 olan neft quyularının sayı son 17 həftədə 36,4 faiz çoxalıb.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb