SOCAR-ın ekologiya üzrə vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak etmişdir
Bu günlərdə Parisdə Dünya Bankı Qrupunun “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı”nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilmişdir.
İclasda SOCAR-ı ekologiya üzrə vitse-prezindent Rəfiqə xanım Hüseynzadə təmsil etmişdir. Görüşdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində şirkətin ötən dövr ərzində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilmiş, perspektiv planlar müzakirə olunmuşdur.
Qeyd edək ki, SOCAR 2008-ci ildən “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq”, 2014-cü ildən isə Dünya Bankı tərəfindən hazırlanmış “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüslərinə qoşulmuşdur.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb