16 may 2017 18:44
430

“Engie” və “AES” enerji şirkətləri birgə LNG satacaq

Fransanın enerji şirkəti “Engie” və ABŞ-ın enerji nəhənglərindən olan “AES” birgə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) satacaq.

AZƏRTAC xəbər verir ki, şirkətlər Orta Amerikada birgə LNG satışı həyata keçirəcəklər. “Engie” və “AES” Panamada inşa edilməkdə olan “Costa Norte” LNG terminalından istifadə edərək birgə LNG satışı həyata keçirmək üzrə razılığa gəliblər.

Terminalın mülkiyyətinə “AES” və Panamanın “Inversiones Bahia” şirkətləri yarı-yarıya sahibdirlər. Müəssisənin ümumi tutumu isə ildə 5 milyon tondur. “Engie” 2018-ci ildən etibarən hazırda terminalda inşa edilməkdə olan 380 meqavatlıq “AES” qaz turbini stansiyasını ildə təxminən 0,4 milyon ton LNG ilə təmin edəcək.