18 may 2017 20:06
641

Qlobal LNG çoxluğu 2020-ci ilə qədər davam edəcək

Qlobal bazarda mayeləşdirilmiş təbii qaz (liquefied natural qaz-LNG) üzrə təklif çoxluğu 2020-ci ilə qədər davam edəcək.

AZƏRTAC xəbər verir ki, Tailandın dövlətə məxsus neft və təbii qaz nəhəngi “PTT” şirkətinin baş icraçı direktoru Tevin Vongvaniç bu fikirdədir.

“LNG-də qlobal təklif çoxluğu daha 2-3 il davam edəcək. Hazırda qlobal bazarda həm LNG, həm də xam neft üzrə təklif yuxarıdır və bu, həddindən çox böyük rəqəmlərdir. Növbəti 2-3 ildə LNG qiymətlərində kəskin dəyişiklik gözləmirik”, - deyə o əlavə edib.