Mayın 23-də SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə Ekoloji parkda “Bioloji müxtəliflik günü” qeyd olunmuşdur.Tədbirdə 247 nömrəli tam orta məktəbin şagird və müəllimləri, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak etmişlər. Tədbirdə “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda təqdimat olmuş, SOCAR-ın layihələrində biomüxtəlifliyin öyrənilməsi və mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir zamanı məktəblilərin hazırladqları eko-kompozisiya nümayiş etdirilmiş, onlar üçün “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin ərazisinə ekskursiya təşkil olunmuşdur.
Qeyd edək ki, 2000-ci il mayın 22-də BMT-nin Baş Assambleyasının qətnaməsi ilə Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunmuş və həmin gün “Beynəlxalq bioloji müxtəliflik günü” elan edilmişdir. Azərbaycan 2000-ci ildən həmin Konvensiyanın üzvüdür.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb