24 may 2017 16:56
452

ABŞ Hollandiyaya ilk LNG tankeri göndərib

ABŞ 133 min 500 kubmetr tutuma malik olan mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) tankerini Hollandiyaya göndərib.

AZƏRTAC xəbər verir ki, Malta, İspaniya, Portuqaliya və Türkiyədən sonra Hollandiya da ABŞ-dan ilk LNG alışını həyata keçirir. “Artic Discover” adlı LNG tankeri “Cheniere Energy” şirkətinin “Sapına Pass” terminalından yola çıxıb. Gəminin Rotterdam limanına iyunun 7-də çatması gözlənilir.

“Sapına Pass” terminalından ilk LNG ixracı isə bu ilin fevral ayında başlamışdı.