25 may 2017 17:32
184

Keniyada terror hücumu nəticəsində 5 polis ölüb

Keniyanın Simo bölgəsində yola basdırılan bombanın partlaması nəticəsində 5 polis əməkdaşı həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mandera valisi Əli İbrahim Roba hadisənin Simo bölgəsinə getdikləri zaman baş verdiyini bildirib. Polisdən verilən məlumata görə, partlayışdan xəsarət almadan qurtaran Mandera valisi bu günədək yeddi hücuma məruz qalıb.

Son bir ayda Somali sərhədinə yaxın yerlərdə təşkil edilən hücumlarda 15 polis həyatını itirib. Hələlik bu hadisələrə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.