26 may 2017 23:13
535

“Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri”

SOCAR-ın Baş ofisində “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim kursu keçirilmişdir 

24-26 may 2017-ci il tarixlərində SOCAR-ın təşkilatçılığı ilə “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim kursu keçirilmişdir.Təlimdə SOCAR-ın rəhbər işçiləri və mütəxəssisləri iştirak etmişlər. Təlim kursu dünyada neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsində təcrübəyə malik olan Böyük Britaniyanın “Oil Spill Response Limited” (OSRL) şirkətinin ekspertləri tərəfindən keçirilmişdir. Kursda OSRL şirkətinin mütəxəssisləri tərəfindən neft dağılmalarına qarşı cavab tədbirləri strategiyaları, fövqəladə planlaşdırma, dənizdə neft dağılmalarının hərəkətinin modelləşdirilməsi, ekoloji və iqtisadi təsirlər, dağılmalar zamanı vəhşi təbiətin qorunması və s. mövzular üzrə təqdimatlar olmuşdur. Kursda Fövqladə Hallar Nazirliyinin, “Ekol” Mühəndis Xidmətləri QSC-nin və “BP Azərbaycan” neft şirkətinin mütəxəssisləri iştirak etmişlər. Tədbirdə OSRL şirkətinin mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.