30 may 2017 21:21
493

İranda yeni neft yataqları aşkar edilib

İranın mərkəzi Semnan əyalətində yeni neft yataqları aşkar edilib.

“Fars news” xəbər agentliyinin məlumatına görə, hazırda yataqlardakı neft ehtiyatının həcmi öyrənilir. Məlumatda bildirilir ki, yataqlardakı neftin miqdarı öyrənildikdən sonra xarici sərmayədarlarla bu yataqların işlənilməsi üçün danışıqlar aparılacaq.

Xatırladaq ki, İran 52 neft yatağına sərmayə cəlb edilməsi üçün dünyanın nəhəng neft şirkətləri ilə danışıqlar aparır.