Neft Daşlarında 28 may - Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Neft Daşlarındakı abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatının sədr müavini Qoçalı Mahmudov 1918-ci ildə Şərqdə təsis edilən ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi barədə məlumat verib. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Müstəqilliyin bərpasının ilk vaxtlarında Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyi, hazırkı inkişafın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb