Rusiyanın ikinci böyük neft şirkəti olan “Lukoil”un bu ilin ilk rübündəki mənfəəti 10,1 milyard dollar olub.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Lukoil”un xalis mənfəəti 45,5 faiz artıb.
Analitiklər isə “Lukoil”un cari ilin yanvar-mart dövründəki mənfəətinin 16 faiz artacağını proqnozlaşdırırdılar.
Cari ilin ilk rübündə “Lukoil”un satışları 2016-cı ilin eyni dövründəki 1,18 trilyon rubl ilə müqayisədə artaraq 1,43 trilyon rubla çatıb.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb