Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti enerji nəhəngi BP ilə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumu çərçivəsində BP-nin baş icraçı direktoru Robert Dadli ilə “Rosneft”in idarə heyətinin sədri İqor Seçin əməkdaşlığa dair müqavilə imzalayıblar.
Müqavilə çərçivəsində iki şirkət təbii qaz satışı, kəşfiyyatı, hasilatı və satışı ilə yanaşı, Rusiya və digər ölkələrdə mayeləşdirilmiş təbii qaz (LNG) layihələrində də strateji əməkdaşlıq edəcək.
“Rosneft”in çıxardığı qazın 2019-cu ildən etibarən BP tərəfindən Avropaya satılması planlaşdırılır.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb