İyunun 5-də SOCAR-ın Ekologiya İdarəsinin təşkılatçılığı ilə “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri və idarənin əməkdaşları iştirak etmişlər. Təhlükəsizlik təlimatı ilə tanışlıqından sonra, məktəblilər “Sağlam ətraf mühit naminə” mövzusunda təqdimatla ilə çıxış etmişlər. Tədbir ekoloji yönümlü şer və mahnılar, “Sağlam ətraf mühit naminə” adlı rəsm sərgisi ilə davam etdirilmişdir. Sonra Eko-parka ekskursiya təşkil olunmuşdur.
Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb