Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin təbii qaz hasilatı bu ilin yanvar-may aylarında 198,5 milyard kubmetrə çatıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, qaz hasilatı hesabat dövründə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. Beş ayda şirkətin ümumi qaz ixracı isə 13,3 faiz artaraq 81,2 milyard kubmetr olub.
Yanvar-may aylarında “Gazprom”un Türkiyəyə təbii qaz ixracı ötən ilin eyni dövrünə görə 22,6 faiz artıb. Türkiyə ilə yanaşı “Gazprom”un Almaniyaya qaz ixracı hesabat dövründə 2016-cı illə müqayisədə 15,6 faiz, Bolqarıstana 14,5 faiz, Yunanıstana 8,6 faiz, Macarıstana 37,3 faiz, Serbiyaya isə 42,2 faiz nisbətində artıb.
“Gazprom” qaz hasilatını 2017-ci ildə keçən ilə nisbətən 2,7 faiz artıraraq 430,4 milyard kubmetrə çatdırmağı hədəfləyir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb