07 iyun 2017 14:12
1140

SOCAR yeni şirkət yaradıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini - “SOCAR-KPŞ” MMC-ni ləğv edib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.

Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi “SOCAR İT” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur.