07 iyun 2017 22:59
373

Rusiya şirkətləri hasilatı azaltmaqda davam edirlər

Rusiyanın “Russneft" şirkəti cari il ərzində neft hasilatını 4 % azaldacaq.

“İki sahil" “reuters.com" saytına istinadən xəbər verir ki, bu şirkət də Rusiyanın digər neft şirkətləri kimi OPEC və qeyri OPEC üzvləri olan bir sıra ölkələrlə Rusiya arasında neftin qiymətini stabil saxlamaq məqsədilə imzalanmış müqaviləyə əsasən hasilatı aşağı salmağı nəzərdə tutub.

Qeyd edək ki, ötən ay müddəti bir ilədək uzadılmış həmin müqaviləyə uyğun olaraq, Rusiyada ümumi hasilat gündəlik 300 min barel azaldılıb. Bəzi ölkələrin enerji rəsmiləri hesab edirlər ki, bazardakı vəziyyətdən asılı olaraq, daha kəskin hasilat azalmaları baş verə bilər.

Xatırladaq ki, "Russneft" şirkətinin ötən ay gündəlik hasilat göstəricisi 149 min barel edib. Şirkət daha çox Rusiyanın cavan neft yataqlarının istismarı ilə məşğuldur.