Neftin qiyməti son 1 ayın ən aşağı səviyyəsinə düşüb

08 iyun 2017 15:56
338

Neftin qiyməti son 1 ayın ən aşağı səviyyəsinə düşüb. Bu, “qara qızıl”ın qiymətinin mayın 8-dən indiyədək minimum göstəricisidir.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun “ICE” birjasında 48,82 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun “NYMEX” birjasında 46,09 dollara alıcı axtarır.

Neftin qiymətinin ucuzlaşmasına səbəb isə ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz şəkildə artım göstərməsidir. Bundan başqa, investorlar Qətər və bəzi ərəb ölkələri arasındakı böhranın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair sazişə mənfi təsir edəcəyindən narahatdırlar.