Dünyada adambaşına ən çox neft istehlak edən ölkə Cəbəllütariqdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Bildirilir ki, bu ölkədə hər min nəfər gündəlik orta hesabla 861,06 barrel neft istehlak edir. Siyahıda digər yerlərdə Monserrat, Sinqapur, San-Pyer və Mikelon və Nauru qərarlaşıb.
İlk onluqda Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də var. ABŞ, Çin, Hindistan, S.Ərəbistanı və Rusiya kimi nəhəng dövlətlər isə ilk 10-luğa daxil olmayıb.
Ən çox neft istehlak edən ölkələr arasında lider gündəlik 19,6 milyon barrel istehlak ilə ABŞ-dır. Çin sutkada 11,3 milyon barrel istehlak ilə ikinci yerdə qərarlaşıb. Siyahıda sonrakı pillələrdə Yaponiya, Hindistan və Rusiyadır. Həmin 5 ölkə ümumilikdə gündəlik 40 milyon barrel neft istehlak edir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb