Rumıniyada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir
SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə vermişdir. Bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatmışdır.Braşov məntəqəsində quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də müştərilər tərəfindən müxtəlif ödənişlərin edilməsi məqsədilə xüsusi avadanlıqlar quraşdırılmışdır. YDM ərazisindəki kafedə Azərbaycan məhsulları və pulsuz internet xidməti təklif olunur.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb