“Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin Qirməki altı lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 3998-3940 metr intervaldan sutkalıq 16 ton kondensat və 110 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb