“Azneft” İstehsalat Birliyində “Əməliyyatların effektivliyinin artırılması” mövzusunda seminar keçirilmişdir.Seminarda “Azneft” İstehsalat Birliyinin aparıcı mütəxəssisləri, struktur bölmələrinin nümayəndələri, əməyin mühafizəsi xidmətlərinin işçiləri iştirak etmişdir. Seminarda mövzu haqqında məlumat verilmiş, müəssisənin fəaliyyətində əməliyyat effektivliyinin artırılması üçün heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi qeyd edilmişdir. Əməliyyatlarda vaxt itkisinin azaldılması, qəzaların sıfıra endirilməsi, eləcə də səmərəliliyin artırılmasına xidmət edən “5 niyə” sorğusunun analiz edilməsinin əhəmiyyəti vurğulanmış, bu analiz barədə ətraflı izahat verilmişdir. Bildirilmişdir ki, “5 niyə” sorğusunun analizi problemin kökünü tapmaq və ən ideal həll yolunu təklif etmək üçün mühüm vasitədir. Bu, qarşıda duran məsələnin mümkün səbəblərini aşkar edir və gələcək fəaliyyət planının düzgün qurulmasına istiqamət verir. Əməliyyatların effektivliyinin artırılması təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə zəmin yaradır.
Sonda, “Azneft” İstehsalat Birliyində son illər baş vermiş xoşagəlməz hadisələr “5 niyə” sorğusu ilə analiz edilmiş, belə hadisələrin gələcəkdə baş verməməsi üçün görüləcək tədbirlərin müxtəlif vasitələrlə dəyərləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb