14 iyun 2017 19:17
715

“Azərikimya” İB-yə idarəetmə sistemləri üzrə 3 sertifikat təqdim olunub

Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak etmişdir.

“Azərikimya” İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov çıxış edərək bildirmişdir ki, birliyin idarə və müəssisələrində işlərin təhlükəsiz aparılması və təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi, eləcə də baş verə biləcək hadisələrin, qəzaların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi “Azərikimya”nın fəaliyyətinin əsas istiqamətlərindən biridir. İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemlərinin tətbiq olunması da vacib bir amil kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə 2015-ci ilin avqust ayından beynəlxalq standartların tətbiqi və sertifikatlaşdırıl¬ması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılmış və Sumqayıt Təlim-tədris Mərkəzində təlimlərə cəlb olunmuşdur. Bundan sonra Birliyin siyasəti hazırlanaraq hədəflər müəyyənləşdirilmiş, I və II daxili audit keçirilmişdir. Qeyd olunmuşdur ki, cari ilin yanvar ayında müsabiqənin qalibi seçilmiş “Bureau Veritas Azeri” MMC şirkəti tərəfindən “Azərikimya” İB-də III audit keçirilmiş, aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün, yerindəcə aradan qaldırılmışdır. Nəticə etibarilə “Azərikimya” İB İSO 9001:2008 (Keyfiyyətlə İdarəetmə Sistemi), İSO 14001:2004 (Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sistemi), OHSAS 18001:2007 (Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sisteminə) keçidlə bağlı sertifikata layiq görülmüşdür. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin kadr hazırlığı proqramlarından, beynəlxalq standartlara keçidlə bağlı görülən işlərdə söz açmış, bildirmişdir ki, sertifikatlara layiq görülmüş “Azərikimya” İB-nin kollektivi bundan sonra beynəlxalq standartların tələblərinə uyğun fəaliyyət göstərəcək. Bu isə müəssisədə işin keyfiyyətinə müsbət təsirini göstərəcəkdir. 

Tədbirdə “Bureau Veritas Azeri” MMC şirkətinin Sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar “Azərikimya” İB-yə təqdim olunmuşdur.