14 iyun 2017 20:32
453

Gələn il neft ehtiyatları tələbatdan çox olacaq

2018-ci ildə neft ehtiyatlarının 100 milyon barrel olması nəzərdə tutulan istehlakı ötəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, neft ehtiyatları gələn il istehlakda gözlənilən gündəlik 100 milyon barreldən çox olacaq. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv olmayan ölkələrdə isə istehsal 2018-ci ildə iki dəfə artacaq.

“Bu il qeyri-OPEC ölkələrində ümumi neft istehsalının sutkada 700 min barrel artması nəzərdə tutulur. 2018-ci ildə bu həcmin gündəlik 1,5 milyon barrelədək artması proqnozlaşdırılır”,- deyə hesabatda bildirilir.