16 iyun 2017 15:03
570

SOCAR-ın kollektivi Fəxri xiyabanda olub

SOCAR-ın kollektivi Milli Qurtuluş günü münasibəti ilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

İyunun 15-də SOCAR-ın rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri Milli Qurtuluş günü münasibəti ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.Azərbaycan neft-qaz sənayesi işçiləri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi, Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçək dəstələri düzmüşlər.