28 oktyabr 2020 09:37
1662

85 yaşlı erməni qadın: Azərbaycan əsgərləri bizi xilas etdi

Hadrutda ermənilərin atıb getdiyi 85 yaşlı qadın danışıb.

"İki sahil" xəbər verir ki, 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna Azərbaycan əsgərlərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, azərbaycanlılarla ermənilər əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər:

"Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri, bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. Mən inanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər".

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan hərbiçiləri tərəfindən xilas edilib.