Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilmişdir
İyunun 19-da SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və İsveçrə universitetlərində neft, kimya mühəndisliyi, biznesin idarə edilməsi ixtisasları üzrə magistr və bakalavr təhsilini başa vurmuş 4 məzunun hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat vermişlər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilmişdir. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə də baxılmışdır.
Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 24 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 255 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb