SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsi 19-20 iyun tarixlərində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMTM) şagird qəbulu üzrə test imtahanları keçirmişdir.
STTM-də aparatçı, kompressor qurğularının maşinisti, NÖC və avtomatika üzrə çilingər, elektrik qaz qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru və qazla kəsən peşələri üzrə 61 yerə 345 nəfər iddiaçı, DİHMTM-yə isə I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc peşəsi üzrə 10 yerə 36 nəfər iddiaçı test imtahanlarında iştirak etmişdir.
Test imtahanlarında iddiaçılara milli dövlətçilik, riyaziyyat, fizika, kimya, məntiq və tarix fənlərindən ümumilikdə 70 test tapşırığı təqdim olunmuş, tapşırıqların cavablandırılmasına isə 105 dəqiqə vaxt ayrılmışdır.
Test imtahanlarının nəticələri barədə məlumatlar yaxın günlərdə www.socar.az saytı “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsində yerləşdiriləcəkdir.