SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olmuşdur
İyunun 27-də Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət etmiş və abidənin qarşısına gül dəstəsi qoymuşdur.Sonra R.Abdullayevlə Gürcüstanın Baş naziri cənab Georgi Kvirikaşvilinin rəsmi görüşü olmuşdur. Rəsmi görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”-nın Baş direktoru M.Məmmədov iştirak etmişlər. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmin gün Qardabani rayonunda Azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılşı olmuşdur. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Hökumət Adminstrsiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər. Bildirilmişdir ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilmişdir. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunmuş, mərkəzi istilik və havalandırma sistemi quraşdırılmışdır. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilmiş, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilmişdir.
Daha sonra Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qrişaşvili 41 ünvanında görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olmuşdur. Tədbirdə Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, səfirliyin nümayəndələri, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər. Qeyd olunmuşdur ki, Nərimanovun fəaliyyət sahəsi çox genişdir, o, ictimai-siyasi, jurnalistika və tibb sahəsində fəaliyyət göstərmişdir. Ev muzeyinin bərpası zamanı Tbilisi də böyüyüb boya-başa çatmış ictimai-siyasi xadimin fəaliyyətinin öyrənilməsi məqsədi ilə bir çox tarixi arxiv materiallarına müraciət edimişdir. Bu isə bərpa zamanı maksimal dərəcədə dəqiqlik nümayiş etdirməyə kömək göstərir. Yenidənqurulmuş iki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilmişdir. Muzeyin qonaqları müasir interaktiv ekran vasitəsi ilə Nəriman Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Binanın həyətində qurulmuş mərmər büstün müəllifi heykəltəraş Novruz Musayevdir. N.Nərimanovun Tbilisidəki ev muzeyinin yenidən qurulması Azərbaycan və gürcü xalqlarının ortaq tarixi və mədəni əlaqələrinin tərənnümüdür.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb