03 iyul 2017 20:09
780

SOCAR Tower-də “Azərbaycanda Amerika Ticarət Palatası”nın İnsan Resursları Komitəsinin iclası keçirilib

2014-cü ildən etibarən “Azərbaycanda Amerika Ticarət Palatası”na (AmCham), 2017-ci ildən “AmCham”-ın “İnsan Resursları Komitəsi”nə üzv olan SOCAR-ın təşəbbüsü, “AmCham” və komitə sədrinin razılığı əsasında “İnsan Resursları Komitəsi”nin iclası SOCAR Tower-də keçirilmişdir.SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlayaraq, şirkətdə insan resursları sahəsində aparılan işlər, rəqəmsal texnologiyaların tətbiqi və “SAP” proqram təminatına inteqrasiya barədə ətraflı məlumat vermiş, SOCAR-ın “İnsan Resursları Komitəsi”nə üzvlüyünün şirkətin insan resursları sahəsində fəaliyyətinə müsbət töhfə verəcəyi vurğulanmışdır. 

“AmCham”-ın Direktorlar Şurasının üzvü Nuran Kərimov və BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti, “İnsan Resursları Komitəsi”nin sədri Leyla Novruzova “AmCham”-la sıx əməkdaşlığa və tədbirin təşkilinə görə SOCAR-a təşəkkürlərini bildirmişlər. 

İclasda BP, Deloitte şirkətlərinin, habelə “AmCham”-ın nümayəndələri “İnsan Resurslarında rəqəmsal texnologiyalar”, “Şirkətlərin auditə hazırlığı” və “Yerli işçilərin illik əmək haqqı sorğuları” mövzularında təqdimatla çıxış etmişlər.