SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyun ayında 52640 ton dizel yanacağı, 3479 ton təyyarə yanacağı, 7471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6201 ton maye piroliz qətranı, 5149 ton propilen və 3152 ton butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, 2017-ci ilin yanvar-iyun ayları ərzində 315554 ton dizel yanacağı, 2485 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 47811 ton yüksək təzyiqli polietilen, 5 819 ton mütləqləşdirilmiş izopropil spirti, 34301 ton maye piroliz qətranı, 22157 ton propilen və 15319 ton butilen butadien fraksiyası ixrac edilib. 2017-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)- 486,51 ABŞ dolları, təyyarə yanacağının- 444,80 dollar, dizel yanacağının - 409,64 dollar, 1 faizli kükürdlü mazutun - 286,89 dollar, yüksək təzyiqli polietilenin - 1175 dollar, butilen butadien fraksiyasının - 502,90 dollar, maye piroliz qətranının - 486,51 dollar, propilenin qiyməti - 840 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1467,50 avro təşkil edib.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb