“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini uğurla davam etdirir.Bu məqsədlə Birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul vermiş, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb