06 iyul 2017 20:41
699

Neft-Kimya Prosesləri İnstitutu “SOCAR Metanol” MMC-nin zavodu ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə “SOCAR Metanol” MMC-nin zavodu arasında elmi-texniki əməkdaşlıq müqaviləsi bağlanması barədə razılıq əldə olunub.

NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, akademik Vaqif Abbasov zavodun istehsal prosesləri ilə tanış olub, “SOCAR Metanol” MMC-nin baş direktoru Elnur Mustafayevlə görüşüb.

Görüşdə şirkətin perspektivləri və cari problemləri barədə fikir mübadiləsi aparılıb.