23 iyul 2017 16:22
257

Pentaqon Türkiyənin Rusiyadan S-400 almaq niyyətindən narahatdır

Türkiyənin Rusiyadan S-400 zenit raket sistemini almaq niyyəti Vaşinqtonda narahatlıq doğura bilər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, bunu ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin rəhbəri Cozef Danford deyib.

Məlumata əsasən, bir neçə gün əvvəl Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib ki, Türkiyənin S-400 almaq niyyəti - onun suveren qərarıdır.