20 sentyabr 2017 20:06
424

Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib

Su Nəqliyyatı Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (SNHİBK) VI qurultayının müzakirəsinə çox məsələ çıxarılıb. Qurultayda dəyişikliklər edilmiş yeni nizamnamə qəbul ediləcək. SNHİBK beynəlxalq təşkilatdır. Buna görə də SNHİBK Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarusda dənizçilərin maraqlarını müdafiə edən milli həmkarlar ittifaqlarının katibliyidir. Bu gün nümayəndələrin çıxışları olacaq. Onlar öz problemlərini bölüşəcəklər. Biz isə bütün məsələləri həll etmək üçün gələcək üçün fəaliyyət planı işləyib hazırlayacağıq. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Su Nəqliyyatı Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Georgi Stolyarenko söyləyib.

G.Stolyarenko Azərbaycanın paytaxtı barədə də təəssüratlarını bölüşərək deyib: “Bakı çox gözəl şəhərdir. Biz hamımız ona vurulduq. Burada ilk dəfə qırx il əvvəl olmuşam. O vaxtdan etibarən şəhərin siması yaxşılığa doğru xeyli dəyişib. Bakı çox inkişaf etmiş müasir şəhərə çevrilib. Mən dünyanın çox şəhərlərində olmuşam və müqayisə apara bilərəm. Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib”.