02 oktyabr 2017 21:40
607

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərin 32 faizi icra olunub

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 32 faizi icra olunub, 59 faizinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33 faizi icra olunub, 67 faizinin icrasına başlanılıb, insan kapitalının inkişaf etdirilməsi üzrə tədbirlərin 46 faizi icra olunub, 36 faizinin icrasına başlanılıb, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin 13 faizi icra olunub, 75 faizinin isə icrasına başlanılıb.