İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə çəltikçilik, sitrus bağçılıq, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Darquba kəndində işgüzar forum keçirib.