06 oktyabr 2017 18:18
651

Lizinq haqqında yeni qanun layihəsi hazırlanır

Azərbaycanda lizinq haqqında yeni qanun layihəsi hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib. O deyib ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq.

“Mikromaliyyə institutları maliyyə texnologiyalarından geniş istifadə etməlidir. Biz tənzimləmədə də dəyişiklik etməyə çalışırıq ki, əhalinin maliyyəyə çıxışı maksimum təmin olunsun”, - deyə A.Zülfüqarov əlavə edib.